...

Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib

Cəmiyyət Materials 13 Yanvar 2026 12:54 (UTC +04:00)
Vətən müharibəsinin 24 iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.

Trend xəbər verir ki, bunu bu gün Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, bu gün burada qulluğa qəbul olan gənclərdən 1-i Vətən müharibəsinin, 1-i isə Azərbaycanın suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarının iştirakçısı olmaqla, artıq prokurorluq orqanlarında xidmətlərini davam etdirəcəklər:

"Qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanan 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti