Bakı. Trend:
Parlament rəhbərliyi ilə müzakirələrdən sonra mina təhlükəsizliyi ilə bağlı ayrıca ictimai dinləmənin keçirilməsi məqsədəuyğun olardı.
Trend xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev komitənin bugünkü iclasında deyib.
Millət vəkili xatırladıb ki, illər əvvəl bu mövzuda dinləmə keçirilib:
“Bu məsələni bir neçə komitənin birgə əməkdaşlığı şəraitində yenidən gündəmə gətirmək olar. Çünki mina təhlükəsi təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda ekoloji resurslara, maddi-mənəvi irsə, torpağa və digər sahələrə ciddi təhdid yaradan bir problemdir. Bu məsələnin konsepsiyasını hazırlamaq və il ərzində dinləmə formatında müzakirəyə çıxarmaq mümkündür”.
