Bakı. Trend:
Ötən il ümumilikdə 5199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1079 döyüş silahı, 2183 mərmi və 220 mindən çox patron aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Hesabata görə, qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirib.
