...

Ötən il 373 dönərxanada nöqsan aşkarlanıb

Cəmiyyət Materials 26 Yanvar 2026 11:10 (UTC +04:00)
Ötən il 373 dönərxanada nöqsan aşkarlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib.

Trend xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ötən ildə qida təhlükəsizliyi sahəsində 10-a yaxın yeni sanitariya qaydaları yaradılıb:

"1994-cü ildən bəri istifadə olunan xüsusi həssas qruplar üçün normalar yenilənib. 2025-ci 4304 müəssisədə yoxlama aparılib, 3739-cu müəssisədə uyğunsuzluq aşkar olunub.

Eyni zamanda 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb.

Bundan əlavə, 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti