...

Bu rayonda qarın hündürlüyü 36 santimetrdir - Faktiki hava

Cəmiyyət Materials 5 Fevral 2026 10:19 (UTC +04:00)
Bu rayonda qarın hündürlüyü 36 santimetrdir - Faktiki hava
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 5-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb.

Qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 31, Şəkidə (Kişçay) 20, Qrızda 14, Şahdağda 13, Xınalıqda 8, Kəlbəcər və Qusarda (Laza) 7, Qubadlı, Laçın və Lerikdə 5, Qobustan, Quba və Xızıda 4, Şamaxıda 3, Yardımlıda 2 sm-dir.

Düşən yağıntının miqdarı Qəbələdə 34, Astarada 23, Lənkəranda 21, Cəlilabad, Neftçalada 18, Oğuzda 15, Balakəndə 14, Biləsuvarda 11, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.

Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar, Qubada duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 12, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti