Bakı. Trend:
Fevralın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə
3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz
bağlayacağı ehtimalı var.
