Bakı. trend:
Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, fevralın
12-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində
yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti
mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti
müşahidə olunur.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4,
Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2,
Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab,
Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm
olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın,
Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19,
Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7,
Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4,
Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ,
Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur,
görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
