...

AYKİDO USTALARIMIZ "SANKT-PETERBUQUN BƏYAZ GECƏLƏRİ" SEMİNARINDA İŞTİRAK EDƏCƏKLƏR

Cəmiyyət Materials 22 İyun 2005 12:33 (UTC +04:00)

Aykido üzrə komanda iyunun 24-də başlayacaq "Bəyaz gecələr" beynəlxalq seminarda iştirak etmək üçün Sankt-Peterburqa yola düşür. Trend agentliyinin məlumatına əsasən, Ayxan Əliyev, Rüfət Ələsgərov, Kamal Mədətov və Ramin Yusifovdan ibarət kollektiv Sankt-Peretburqda Milli Federasiyanın prezidenti Fərhad Ələsgərovun başçılığı ilə çıxış edəcək. Seminarı isə qara kəmərin səkkizinci danının sahibi Amada Sensey aparacaq. İştirakçılar forum zamanı öz peşəkar təcrübələrini artıracaq və müvafiq imtahanlar verəcəklər.

Asiya, Amerika və Avropadan olan bütün aparıcı aykidoçuların Rusiyada bir arayaya gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti