...

ERKƏN YAŞLARDA OLAN AZƏRBAYCANLI UŞAUQLARIN YALNIZ 20% TƏHSİL ALA BİLİR

Cəmiyyət Materials 27 İyun 2005 14:06 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) "Azərbaycanda erkən yaş dövründə uşaqların inkişafı" proqramının gerçəkləşdirilməsi üçün təxminən $18 mln kredit ayıracaq. Trend agentliyinin məlumatına əsasən, bu barədə iyunun 27-də AR təhsil naziri Misir Mərdanov YUNİSEF ilə birgə gerçəkləşdiriləcək proqrama həsr olunmuş seminarda bildirib.

Onun sözlərinə görə, cari ilin fevral ayında Azərbaycan hökumətinin qərarı ilə avqustda başa çatacaq proqramın hazırlanması üzrə işçi qrupu yaradılıb. Birinci mərhələdə proqramı 10 pilot rayonda gerçəkləşdirmək planlaşdırılır. Proqram çərçivəsində peşəkar mütəxəssislərin hazırlanması üçün treninq və seminarların təşkili, məktəbəqədərki müəssisələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, 100-ə yaxın uşaq bağçasının yaradılması nəzərdə tutulub.

M.Mərdanov etiraf edib ki, son 10 il ərzində təhsil sistemində orta təhsilə daha çox diqqət ayrılıb və məktəbəqədərki təhsil diqqətlən kənarda qalıb.

AİB nümayəndəsi Rino Xiroakanın məlumatına əsasən, aparılmış monitorinq zamanı Azərbaycanda son 10 il ərzində məktəbəqədərki müəssisələrin maliyyələşdirmə məsələsinin xeyli pisləşdiyi aşkarlanıb. Erkən yaşlarda olan uşaqların yalnız 20% təhsil ala bilir. Halbuki inkişaf etmiş dövlətlərdə bu göstərici 90% təşkil edir. Üçyaşlı uşaqların yalnız 3% bağçaya gedir.

Seminar zamanı proqramın gerçəkləşdirilməsi müzakirə olunub, layihəyə daxil ediləcək təklif və tövsiyyələr irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti