...

AFFA AVQUSTDA ÇEMPİONATDA İŞTİRAK ETMƏK ÜÇÜN KLUBLARDAN ƏRİZƏLƏRİN QƏBULUNA BAŞLAYACAQ

Cəmiyyət Materials 27 İyun 2005 14:16 (UTC +04:00)

AFFA yayın son ayında Azərbaycan çempionatının Ali Liqasında iştirakı üçün klublardan ərizələrin qəbuluna başlayacaq. Assossiasiyadan Trend ə verilən məlumata görə, məhz avqust ayında birincilikdə iştirak etmək üçün zəruri sənədlərin qəbulu başlanacaq. Hələlik komandalar yenicə məzuniyyətdən qayıtmağa başlayıblar və onların bəziləri təlim məşqlər toplantılarını Bakıdan kənarda keçirməyi planlaşdırır. Bu arada AFFA - da çempionata avqustda start veriləcəyi barədə məlumatı təsdiqləyiblər. Doğrudur, konkret müddət hələ məlum deyil və indi Assoossiasiyada təqvim üzrə işlər aparılır. Yarışların başlayacağı tarix haqqında daha dəqiq məlumatı iyulun sonlarında bilmək olar.

Xatırladaq ki, milli birincilik Avropa ölkələrinin aparıcı futbol klublarının istifadə etdikləri "payız-bahar" cədvəli üzrə keçirilir.

Xəbər lenti

Xəbər lenti