...

MƏDƏN SƏNAYESİNDƏ ŞƏFFAFLIQLA BAĞLI YAZI MÜSABİQƏSİ KEÇİRİLİR

Cəmiyyət Materials 4 Avqust 2005 16:11 (UTC +04:00)

Mədən sənayesində şəffaflığın artırılması, təbii sərvətlərin istismarı və neft gəlirləri üzərində ictimai nəzarətin təmin olunması ilə bağlı ən yaxşı yazıların müsabiqəsi keçirilir. Bu barədə Trend ə Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasından məlumat verilib.

Müsabiqə avqustun 1-dən 31-dək davam edəcək. Şərtlərə əsasən, müsabiqəyə təqdim olunan yazılar Mədən Sənayesində Şəffaflığın Artırılması istiqamətində cəmiyyətdə informasiya bolluğu yaratmaq, vətəndaş maarifçiliyini həyata keçirməyə və bu yöndə ictimai nəzarətin təşkili ilə bağlı analitik məqalələr olmalıdır.

Yazı jurnalistin imzası ilə dövri mətbuatda çap olunmalı və həmin yazı elektron variantla birgə Demokratik İslahatlar Uğrunda Cəmiyyətə təqdim olunmalıdır.

Müsabiqədə fərqlənən yazılar pul mükafatə ilə dəyərləndiriləcək. 1-ci yerin mükafatı 300 ABŞ dolları, 2-ci yer 200, 3-cü yer isə100 dollar məbləğində olacaq.

Müsabiqənin nəticələri sentyabrın 1-dən 10-dək Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti