...

AZƏRBAYCANDA "BİOLOJİ TƏHLÜKƏSİZLİK" ÜZRƏ BEYNƏLXALQ İCTİMAİ KOMİTƏ YARADILIR

Cəmiyyət Materials 15 Avqust 2005 16:21 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycanda "Bioloji təhlükəsizlik" üzrə beynəlxalq ictimai komitə yaradılır. Bu qərar "Şərq-Qərb" proqramı çərçivəsində "Azərbaycanda bioloji müxtəlifliyə dair qanun layihəsinin müzakirəsində ictimaiyyətin iştirakı" ilə bağlı ikigünlük regional forumun gedişində qəbul olunub.

Bolqarıstan, Rusiya, Ukrayna və Qırğızıstandan ekspertlərin iştirak etdikləri forumda Azərbaycan hökumətinə gələcək biloloji təhlükələrin qarşısının alınması üçün təcili tədbirlər görülməsinə dair müraciətnamə göndərilib.

İştirakçılar tərəfindən qəbul edilmiş Bakı bəyannaməsində bildirilir ki, Cənubi Qafqaz ərazisində mədəni bitkilər yetişdirilir və bioloji müxtəlifliyin mühafizəsi üzrə konvensiyaya uyğun olaraq burada genetik cəhətdən dəyişdirilmiş orqanizmli məhsulların yayılması qadağan edilib.

Bəyannamədə həmçinin o da qeyd olunub ki, bioloji təhlükəsizliyə dair mübahisəli məsələlərin nizamlanmasının hüquqi əsaslarını, qayda və prosedurlarını işləyib hazırlamaq vacibdir.

Xəbər lenti

Xəbər lenti