...

AZƏRBAYCANIN OMBUDSMANI İSVEÇƏ SƏFƏR EDƏCƏK

Cəmiyyət Materials 20 Avqust 2005 11:24 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsmanı) Elmira Süleymanova bu il avqustun 22-dən 31-dək İsveçin Lund şəhərində səfər edəcək.

Bu barədə Trend ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat veriblər.

Səfər Raul Vallenbeoqn adına İnsan haqları və humanitar hüquq İnstitutnun dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində insan haqları üzrə müvəkil institutlarının fəaliyyəti sahəsində təcrübə mübadiləsi msqsədi lə həyata keçirilən bu səfərdə Azərböaycan ombudsmanı İsveçin həm Lund, həm də paytayx Stokholmda bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək.

E. Süleymanovanın isveçli ekspertlərin iştirakı ilə seminarlar və dəyirmi masalarda iştirak edəcəyi gözlənilir.

E. Süleymanova səfər zamanı Ombudsman Aparatının 5 əməkdaşı müşaiyət edəcək.

Xəbər lenti

Xəbər lenti