...

YUNESKO-NUN BAŞ DİREKTORU AZƏRBAYCANDA MƏDƏNİ PROQRAM KEÇİRİR

Cəmiyyət Materials 25 Avqust 2005 15:21 (UTC +04:00)

Avqustun 25-də YUNESKO-nun baş direktoru Koişiro Matsuura və onu müşaiyət edən nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində mədəni proqram keçirir. Bu barədə Trend məlumat verib.

Günün birinci yarısı Qobustan Dövlət Tarix Qoruğunda qədim Azərbaycan tarixi ilə tanışlıq oldu. Qobustana səfər zamanı qonaqları YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müşaiyət edib.

Axşam qonaqlar Azərbaycan incəsənət ustalarının iştirakı ilə atəşpətərstlərin qədim məbədi "Atəşgah"da konsertdə iştirak edəcəklər.

YUNESKO-nun baş katibinin Azərbaycana səfəri avqustun 26-da başa çatır. Hava limanına yola düşməzdən əvvəl o, səfərinin yekunları ilə bağlı brifinq keçirəcək.

Xəbər lenti

Xəbər lenti