...

YENİ DƏRS İLİNƏ 11 MƏKTƏB BİNASI TİKİLİB

Cəmiyyət Materials 30 Avqust 2005 13:42 (UTC +04:00)

Dövlət proqramına əsasən, bu il 11 yeni məktəb binası, 24 məktəbdə isə əlavə sinif otaqları tikilib. Trend in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov nazirliyin müşavirəsində bildirib.

O vurğulayıb ki, Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonlarda qəza vəziyyətində olan 132 məktəb üçün yeni binalar tikilir. Bakı və Abşeronun orta məktəblərində sıxlığı nəzərə alaraq, 2006-cı ildə bu ərazilərdə 8 yeni məktəb binasının və 22 məktəb üçün əlavə sinif otaqlarının inşası nəzərdə tutulub.

Yeni dərs ilinin başlanması ilə əlaqədar müəllimlərin ənənəvi konfransına (6-10 sentyabr) gəldikdə, nazir qeyd edib ki, regional tədbirlərdə yeni dərs ilində gözlənilən dəyişikliklər, ötən il ərzində təhsil sahəsində görülmüş işlər barədə ictimaiyyətə ətraflı məlumat vermək lazımdır.

Misir Mərdanov həmçinin, "2005-2009-cu illərdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblər şəbəkəsində kadr təminatı üzrə inkişaf proqramı"nın icrası zamanı yol verilən çatışmazlıqları qeyd edib.

O, həmçinin bildirib ki, bu çatışmazlıqların aradan qaldırılması ilə bağlı təhsil şöbə rəhbərliyinə ciddi tapşırıqlar verilib. Hazırda ucqar rayonlarda işləmək istəyən kadrların əmək haqlarının artırılması ilə bağlı müvafiq işlər görülür.

Xəbər lenti

Xəbər lenti