...

AZƏRBAYCAN TAEKVONDOÇULARI KOREYADA AÇIQ ÇEMPİONATDA ÇIXIŞ EDİR

Cəmiyyət Materials 7 Sentyabr 2005 15:14 (UTC +04:00)

Azərbaycanın taekvando komandası Koreyada sentyabrın 7-də Seulda start götürən Açıq Çempionatda çıxış edir.

Trend bildirir ki, kollektivin tərkibinə Olimpiadanın iştirakçısı Rəşad Əhmədov (78 kq), dünya çempionatının mükafatçısı Zahid Məmmədov (54 kq), Avropa birinciliyinin medalını qazanmış Elnur Amanov (58 kq), İlkin Şahbazov (62 kq), Fuad Nuriyev (67 kq), Fəqan Umudov (72 kq), Şahrun Yusifova (47 kq), Arzu Bağırova (51 kq), Aynur Məmmədova (55 kq) və Günay Ağakişiyeva (59 kq) da daxil olmaqla bütün aparıcı atletlər daxildir.Komandada yalnız dünya çempionu -2001 Niyaməddin Paşayev yoxdur, o, aldığı travmadan sonra reabilitasiya kursu keçir.

Xatırladaq ki, yarışın başlanması ərəfəsində taekvondoçular Gündüz Abdullayevin rəhbərliyi ilə Seulda bir həftəlik hazırlıq keçib.

Xəbər lenti

Xəbər lenti