...

QADIN VOLEYBOLÇULARDAN İBARƏT YIĞMA AVROPA ÇEMPİONATINI POLŞAYA QARŞI OYUNLA AÇACAQ

Cəmiyyət Materials 10 Sentyabr 2005 13:04 (UTC +04:00)

Azərbaycanın qadın voleybol yığması sentyabrın 16-da Xorvatiyada start cötürəcək Avropa çempionatının ilk oyununu Polşaya qarşı keçirəcək.

Trend in məlumatına əsasən, görüş elan edilmiş gədvələ müvafiq olaraq sentyabrın 17-də keçiriləcək.Birgün sonra Faiq Qarayevin yetirmələri rumınlarla, daha sonra isə almanlarla heç də asan olmayan görüşdə qarşılaşacaq.Ayın 20-də komanda istirahət edəcək, növbəti gün isə voleybolçularımız Serbiya və Çernoqoriyaya qarşı oyunda qarşılaşacaq.Qrup mərəhələsi meydan sahibləri ilə keçiriləcək oyunla başa çatacaq, bundan sonra qrupda son bölgü müəyyən ediləcək.Növbəti dairəyə çıxmaq üçün yığma yarımqrupda ilk yerlərdən birini tutmalıdır.

Qeyd etmək lazımdır ki, digər qrupda pley-off mərhələsinə çıxmaq uğrunda Rusiya, Hollandiya, Bolqarıstan, İspaniya, İtaliya və Türkiyə mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti