...

"KRIM-2005: QARA DƏNİZ XƏZƏR REGİONUNUN GEODİNAMİKA, SEYSMİKLİK VƏ NEFT-QAZ EHTİYATI" KONFRANSI ÖZ İŞİNƏ BAŞLAYIR

Cəmiyyət Materials 12 Sentyabr 2005 16:02 (UTC +04:00)

(LIQABiznesInform) - Bu gün, sentyabrın 12-də Qurzufda "Krım-2005: Qara dəniz Xəzər regionunun geodinamika, seysmiklik və neft-qaz ehtiyatı" II Beynəlxalq konfransı keçiriləcək.Konfrans sentyabrın 16-dək davam edəcək.

Konfransın işində Ukrayna, Rusiya, Polşa, Azərbaycan, Qazaxıstan və digər ölkələrin aparıcı institutlarının alimləri, Ekologiya və təbii sərvətlər nazirliyinin rəhbər işçiləri, sərmayəçilər, sahibkarlar iştirak edəcək.

Avropa geoloqlar və mühəndislər assosiasiyası, "Poltava neft şirkəti" MM, "Ukrqazvidobutok" TŞ, "Ukrnafta" ASC, Ukrayna geoloqlar İttifaqı, Ukrayna Milli elmlər Akademiyası, Rusiya elmlər Akademiyası, Ukrayna ekologiya və təbii sərvətlər nazirlyii, Ukrayna neft-qaz akademiyası, Krım elmlər Akademiyası, V.Vernadski adına Tavr Milli universiteti, Simferopol geoloqlar Assosiasiyası və digər qurumlar konfransın təşkilatçılarıdır.

Xəbər lenti

Xəbər lenti