...

YENİ DƏRS İLİNDƏ 131 201 NƏFƏR BİRİNCİ SİNFƏ GEDƏCƏK

Cəmiyyət Materials 14 Sentyabr 2005 13:03 (UTC +04:00)

Yeni dərs ilində Azərbaycanda 131 201 nəfər brinci sinfə gedəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdə qeyd ediblər ki, hazırda ölkədə 1,6 mln şagirdin oxuduğu 4542 ümuitəhsil məktəbi fəaliyyət göstərir. Onların təhsili ilə 174 min müəllim məşğul olur. 13 özəl məktəbdə isə 4550 şagird təhsil alır.

Təhsil Nazirliyinnin müvafiq təlimat məktubuna əsasən, yeni dərs ilindən etibarən oktyabrda 6 yaşı tamam olacaq uşaqlar ümumtəhsil məktəblərində birinci sinfə gedə biləcəklər.

Xəbər lenti

Xəbər lenti