...

VALERİYA KOROTENKO: "XORVATLAR ÜZƏRİNDƏ QƏLƏBƏ BİZİM ÜÇÜN TARİXİ OLDU"

Cəmiyyət Materials 23 Sentyabr 2005 18:37 (UTC +04:00)

"Bizim Xorvatiya üzərində qələbəmiz bizim üçün həqiqətən tarixi oldu. Axı məhz bu qələbəyə görə biz Zaqrebdə Avropa çempionatının yarımfinalına çıxa bildik". Bu barədə Trend ə Azərbaycanın voleybol üzrə yığmasının liberosu Valeriya Korotenko bildirib.

O bildirib ki, komandaya tribunanın təzyiqinə davam gətirmək asan olmadı. Lakin idmançılarımızın psixoloji hazırlığı sonda bu oyunu udmağa imkan verdi. "Biz bilirdik ki, hətta 2:3 hesabı ilə məğlubiyyət pley-offun qapılarını açır, lakin komanda yalnız qələbə üçün mübarizə apardı və uddu", - deyə V.Korotenko qeyd edib.

Voleybolçu həmçinin bildirib ki, yığma turnirin qrup mərhələsini uğurla başa vurub və indi yarımfinalda İtaliyaya qarşı mübarizəyə yeni qüvvə ilə hazırlaşacaq.

Xəbər lenti

Xəbər lenti