...

YUNAN-ROMA DÖYÜŞ NÖVÜ ÜZRƏ İDMANÇIMIZ HÜSAMƏDDİN RƏCƏBOV DÜNYA ÇEMPİONATINDA İKİNCİ YERİ TUTUB

Cəmiyyət Materials 3 Oktyabr 2005 11:28 (UTC +04:00)

Yunan-Roma döyüşü üzrə Azərbaycan yığması Budapeştdə başa çatmış dünya çempionatında gümüş medal qazanıb.

Trend in xəbər verdiyi kimi, komandanın tərkibində ən yaxşı nəticəni 60 kq çəki dərəcəsində Hüsaməddin Rəcəbov göstərib. O, yarışlarda ilk qələbəsini Titsiano Korriqa, daha sonra isə gürcüstanlı Muçran Maçutadze və koreyalı Kim Min Çul üzərində qazanıb. Yarmıfinalda Hüsaməddin çinli Yanyan Li və daha bir Asiya nümayəndəsi Kim Kum Çolla qarşılaşaraq onlardan güclü olduğunu sübut edib.

Lakin finalda o, bolqarıstanlı Nikolay Georqova uduzaraq, ikinci yeri tutub.

74 kq çəki dərəcəsində İlqar Abdulov isə Finlandiyadan olan rəqibinə məğlub olaraq "bürünc"dən əlini üzüb.

Xəbər lenti

Xəbər lenti