...

DÜNYA TELEKANALLARINDA AZƏRBAYCANIN TURİZM İMKANLARINI ƏKS ETDİRƏN REKLAMLAR NÜMAYİŞ OLUNACAQ

Cəmiyyət Materials 6 Oktyabr 2005 17:49 (UTC +04:00)

Yaxın vaxtlarda dünyanın aparıcı telekanallarında Azərbaycanın turizm imkanlarını əks etdirən reklamlar nümayiş olunacaq. Bu barədə Trend ə Gənclər, İdman və Turizm Nazirliyinin baş turizm idarəsinin rəis müavini Xanoğlan Güləliyev bildirib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd xaricilərin diqqətini Azərbaycanın turizm potensialına cəlb etməkdən ibarətdir. Reklam çarxları qısasüjetli olmaqla, əsasən Avropa ölkələrinin aparıcı telekanallarında nümayiş etdiriləcək. Nazirlik layihəyə ölkənini ən iri turizm şirkətlərini cəlb etməyi planlaşdırır.

Yaxın vaxtlarda qısa metrajlı filmlərin və reklam çarxlarının hazırlanması üzrə işlərə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti