...

RAMAZAN AYININ 8-Cİ GÜNÜNÜN CƏDVƏLİ

Cəmiyyət Materials 11 Oktyabr 2005 16:35 (UTC +04:00)

Ramazan ayının 8-ci günündə, yəni oktyabrın 12-də səhər yeməyi (imsaq) saat 06:35-də, axşam namazı və iftar isə 19:24-də olacaq. Bu barədə Trend Qafqaz müsəlmanları idarəsinə istinadən xəbər verir.

Ramazan ayının 7-ci günündə, yəni oktyabrın 11-də axşam namazı və iftar saat 19:25-dir. Şamaxı rəsədxanasının hesablamalarına əsasən, ölkə regionlarında vaxt Bakı vaxtından 5-14 dəqiqə sonradır.

Oktyabrın 5-də Məhəmməd peyğəmbərin ardıcılları üçün müqəddəs Ramazan ayı başlayıb. Ramazan - sınaqlar, dəyişiklik və ümid ayıdır. Bu ay ərzində dindarlara sutkanın işıqlı saatlarında yemək, içmək, "hər hansı bir substansiyanı" qəbul etmək, siqaret çəkmək, qoxulamaq, qadınlarla yaxınlıq etmək olmaz. "Ağ və qırmızı sapı bir-birindən ayırmaq mümkün olmadıqda", yəni hava qaralmağa başlayarkən məhdudiyyətlər aradan götürülür.

İslamın 5 "dayağı"ndan biri olan oruca bütün dindarların riayət etməsi vacibdir. Ondan ağır xəstə olan adamlar, ahıllar, hamilə qadınlar, səyyahlar və döyüş meydanındakı hərbçilər azad olunurlar. Lakin sonradan onlar da oruca əməl etməlidirlər.

Xəbər lenti

Xəbər lenti