"Simferopolda (Ukrayna) saxlanılan Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyevin məhkəmə işi Bakı vaxtı ilə saat 12:00-da başlanacaq". Bu barədə Trend ə "NTV" telekanalının Krımdakı nümayəndəliyindən xəbər verilib.
Nümayəndəlikdən bildirilib ki, Simferepolun Jeleznodorojnı rayon məhkəməsində başlanacaq proseslə bağlı məlumatlar açıqlanmır.
"Hətta Rəsul Quliyevin vəkillərinin də bu məsələ ilə bağlı heç bir məlumatları yoxdur. İclasın uzun çəkməyəcəyi isə dəqiq olan yeganə məlumatdır", - deyə nümayəndəlikdən qeyd edilib.