...

2006-cı ilin Həss mövsümündə Azərbaycana ayrılan kvota doldurulub

Cəmiyyət Materials 12 Dekabr 2005 18:24 (UTC +04:00)

2006-cı ilin Həss mövsümündə Azərbaycana ayrılan 2800 yerlik kvota doldurulub. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) beynəlxalq əlaqələr şöbəsinin müdiri hacı Azad bildirib.

Bugünkü gündə QMİ ərizə vermiş müsəlmanların sənədlərinin tərtibatını davam etdirir. QMİ-nin şöbə müdiri bildirib ki, sənədlərin 70%-dən çoxu artıq tərtib olunub və vizalar alınıb. Hacı Azad qeyd edib ki, ziyarətə getmək istəyən digər vətəndaşların sənədləri ziyarət başlayan vaxtadək tərtib olunacaq.

2800 yerdən 200 yer Azərbaycanda yaşayan xarici vətəndaşlar üçün ayrılıb. Daha 400 yer isə Həcc mövsümündə ziyarətə gedişi həyata keçirən özəl turizm şirkətlərinə ayrılıb. Zəvvarların əksəriyyəti Həccə avtobuslarla gedəcək və bu, $ 1320 başa gələcək, "Boinq 737" təyyarələri ilə gedənlər isə $ 2100 ödəyəcək. "Mersedes" markalı avtobuslar dekabrın 25-dən sonra İpan-Tüpkiyə-Supiya-İopdaniya-Səudiyyə Əpəbistanı marşrutu ilə yola düşəcək. QMİ-də bildirilib ki, yolüstü zəvvarlar müsəlman aləmində müqəddəs olan yerləri ziyarət etmək imkanı qazanacaq. Ziyarətə təyyarələrlə gedənlər dekabrın 31-də yola düşür.

Dünya müsəlmanlarının Məkkə və Mədinəyə növbəti həcc ziyarəti 2006-cı il yanvar ayının ilk ongünlüyündə başlayacaq.

Xəbər lenti

Xəbər lenti