...

"AzərReyl" Kanar adalarına yola düşüb

Cəmiyyət Materials 20 Dekabr 2005 11:33 (UTC +04:00)

Dekabrın 21-də Çempionlar Liqasının qrup mərhələsinin 7-ci turunda İspaniyanın "Tenerife" klubu ilə görüş keçirəcək "AzərReyl" qadın voleybol klubu Kanar adalarına yola düşüb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, komanda İspaniyaya güclü tərkibdə yola düşüb. Xatırladaq ki, Faiq Qarayevin yetirmələri Bakıda bu komandanı məğlub edərək tapşırığın öhdəsindən uğurla gəliblər. Lakin ispanların son zamanlar yaxşı nəticə göstərməməsinə baxmayarq, onlar öz meydançalarında kifayət qədər güclü çıxış edirlər.

Qeyd edək ki, hazırda "AzərReyl" "B" qrupunda ikinci yerdədir və yarımfinala çıxmaq üçün şansı var.

Xəbər lenti

Xəbər lenti