...

Allahşükür Paşazadə: "Bəlkə ermənilər İslamın müqəddəs kitabını doğma dillərində oxuyandan sonra ağıllanar"

Cəmiyyət Materials 20 Dekabr 2005 14:24 (UTC +04:00)

"Quranın dünya dillərinə tərcümə olunması ilə bağlı məsələdə hər hansı məhdudiyyət yoxdur. Bəlkə ermənilər İslamın müqəddəs kitabını doğma dillərində oxuyandan sonra ağıllanarlar". Trend in xəbər verdiyi kimi, Quranın erməni dilində nəşri haqqında xəbəri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə şeyxülislamlığının 25 illiyinə həsr olunmuş tədbirdə belə şərh edib.

"Quran ibri və digər istənilən dillərə tərcümə olunub və bu, təbiidir. Ola bilsin ki, kitabın nəşrindən sonra Allah ermənilərə bir az ağıl göndərəcək", - deyə A.Paşazadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti