...

Bakıya Şimali Kipr din xadimlərinin qrupu gələcək

Cəmiyyət Materials 20 Dekabr 2005 14:35 (UTC +04:00)

Yaxın günlərdə Bakıya Şimali Kiprdən Şimali Kipr Türk Cumhuriyyətinin (ŞKTC) dini işlər üzrə İdarəsinin rəhbəri Əhməd Yönlüyerin rəhbərlik etdiyi din xadimlərinin qrupu gələcək. Bu barədə Trend ə Ə.Yönlüyerin özü eksklyuziv məlumat verib.

Onun sözlərinə görə, Bakıdakı görüşlər Şimali Kiprin din xadimlərinin nümayəndə heyətinin regional səfərinin bir hissəsi olacaq və hazırda səfərin işçi proqramı ŞKTC-nin XİN-də və Azərbaycanın müvafiq orqanlarında müzakirə olunur.

Ə. Yönlüyer qeyd edib ki, dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı o, dəfələrlə Kiprin türk icmasının beynəxalq təcridlinin aradan qaldırılmasına Azərbaycanın mövqeyini dəstəkləməyə çağırıb. "Biz Azərbaycan tərəfinin səylərini yüksək qiymətləndiririk və hesab edirik ki, dünya ictimaiyyəti, eləcə də İslam Konfransı Təşkilatı ŞKTC-nin təcriddən çıxması üçün səyləri davam etdirməlidir", -deyə sonda Əhməd Yönlüyer bildirib

Xəbər lenti

Xəbər lenti