...

Azərbaycan XİN Suriyada azərbaycanlı zəvvarların olduğu avtobusun qəzaya uğraması ilə bağlı vəziyyəti diqqətdə saxlayır

Cəmiyyət Materials 18 Yanvar 2006 17:50 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirliyi Suriyada azərbaycanlı zəvvarların olduğu avtobusun qəzaya uğraması ilə bağlı vəziyyəti diqqətdə saxlayır. Trend in məlumatına görə, bu barədə AR XİN-in mətbuat və informasiya siyasəti İdarəsinin rəisi Tahir Tağızadə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, azərbaycanlı sərnişinlərin olduğu avtobus Suriya ərazisində qəzaya uğrayıb, nəticədə zəvvarlardan biri həlak olub, bir neçə nəfər isə xəsarət alıb. T.Tağızadə bildirib ki, XİN-in tapşırığı əsasında Azərbaycanın Türkiyədəki səfirliyi həmin zəvvarların vəziyyəti ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti