...

Azərbaycan şahmatçıları "Aeroflot Open" turnirində iştirak edəcək

Cəmiyyət Materials 3 Fevral 2006 16:08 (UTC +04:00)

Bir neçə Azərbaycan şahmatçısı fevralın 8-də Moskvada start götürəcək "Aegroflot Open" iri beynəlxalq turnirdə iştirak edəcək.

Milli Federasiyanın vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, yarışda qrossmeyster Rauf Məmmədov, Fikrət Sideyifzadə, gənclər arasında dünya və Avropa birinciliyinin qalibi Eltac Səfərli və bir çoxlarının iştirak etməsi planlaşdırılıb. Ehtimal olunur ki, ilk iki şahmatçı "A" turnirində iştirak edəcək. Eltac isə yarışda şahmat taxtası arxasında bir ranq aşağıda əyləşəcək.

Qeyd etmək lazımdır ki, İsveçrə sistemində 9 turda keçiriləcək superturnirin qalibi 30 min dollar alacaq. Həmçinin, o, iyul ayında Dortmundda start götürəcək nüfuzlu yarışda məşhur qrossmeysterlərlə birgə iştirak etmək hüququ qazanacaq.

Xəbər lenti

Xəbər lenti