...

FİFA Azərbaycan yığmasının yeniləşmiş reytinqini dünya çempionatından sonra müəyyənləşdirəcək

Cəmiyyət Materials 8 Fevral 2006 14:05 (UTC +04:00)

FİFA Azərbaycan yığmasının bundan sonra yeni ölçülərlə hesablanacaq reytinqini Almaniyada keçiriləcək dünya çempionatından sonra müəyyən edəcək.

Trend in FİFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, Beynəlxjalq Futbol Federasiyasının1020 №li sərəncamında göstəriliri ki, ballar hesablanarkən komandanın son 8 ildəki nəticələri deyil, 4 illik yekunları nəzərə alınacaq. FİFA reytinqi hesablayarkən aşağıdakı kriteriyalardan istifadə etmək niyyətindədir: matçın nəticələri (qələbə 30 xal, heç-heçə - 10, məğlubiyyət - 0), matçın əhəmiyyəti (yoldaşlıq - 1 bal, dünya çempionatı oyunu - 4 bal), rəqibin gücü (reytinqdəki yerə müvafiq gələn əmsal), konfederasiyanın gücü, dövr (ildən -ilə nəticənin əhəmiyyətinin daimi olaraq azalması), il ərzində matçların miqdarı, vurulan qolların sayı, matçın keçirildiyi yer(evdə və ya səfərdə).

Xəbər lenti

Xəbər lenti