Azərbaycan cudosunun liderlərindən biri olan Mövlud Mirəliyevin yığmaya qayıtması ən azı 3 ay müddətinə təxirə salınır.
Milli yığmanın baş məşqçisi Ağayar Axundzadənin Trend ə bildirdiyi kimi, atletin kürəyindən aldığı ağır zədə tam sağalmayıb və o, müalicə olunur. "Çox güman ki, Mövlud Avropa çempionatında iştirak edə bilməyəcək. O, mübarizəyə ilin ikinci yarısında qoşula biləcək", - deyə mütəxəssis qeyd edib. Afina Olimpiadasının iştirakçısı, 2003-cu il dünya çempionatının bürünc mükafatçısı ilin əvvəlində Moskvada müayinədən keçmiş və həkimlər ona cərrahiyyə əməliyyatına ehtiyacın olduğunu bildirmişdir.
A.Axundzadənin sözlərinə görə, respublikanın aparıcı cudoçuları mart ayında Hollandiyada keçiriləcək turnirdə beynəlxalq arenaya çıxacaq.