...

Azərbaycanın Səhiyyə Nazirliyi Yevlaxda uşaq xəstəxanasının tikintisinə başlayacaq

Cəmiyyət Materials 17 Fevral 2006 18:16 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi Yevlaxda uşaq xəstəxanasının tikintisinə başlayacaq. Bu məqsədlə dövlət strukturu artıq tender elan edib. Trend in verdiyi xəbərə görə, 25 çarpayılıq xəstəxananın tikintisi ölkənin dövlət büdcəsindən ayırılan vəsaitin hesabına həyata keçiriləcək.

Tenderdə iştirakda maraqlı olan şəxslər qeydiyyatdan keçməli və 300 manat məbləğində pul keçirməlidirlər.

Tender təklifləri aprelin 5-dək qəbul ediləcək.

Tender prosedurasının özü 2006-cı il aprelin 6-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti