...

USAİD-in Bakıda səfərdə olan hüquq mütəxəssisləri ilə Azərbaycanın Konstitusiya Məhkəməsinin əməkdaşları arasında görüş keçirilib

Cəmiyyət Materials 22 Fevral 2006 17:38 (UTC +04:00)

Fevralın 22-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakıda səfərdə olan hüquq mütəxəssisləri Nataliya Curikoviç və Anqana Şah ilə Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimləri arasında görüş keçirilib. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Görüş Azərbaycanda hüquqi məsələlərə dair qiymətləndirmə aparmaq, USAİD ilə Azərbaycan arasında gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçirmək məqsədi ilə keçirilib.

Konstitusiya Məhkəməsinin hakimi Rafiq Qvaladzenin, beynəlxalq şöbənin müdiri Rauf Quliyevin və Məhkəmə Aparatının rəhbəri Arif Zeynalovun iştirak etdiyi görüşdə Konstitusiya Məhkəməsi ilə USAİD arasındakı əlaqələrin möhkəmləndirilməsinə, informasiya mübadiləsinin genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Bildirilib ki, Azərbaycanın məhkəmə orqanlarında çalışan hakimlərin sayının 300 nəfər olması olduqca aşağı göstəricidir. Həmçinin, qeyd olunub ki, Azərbaycanın məhkəmə sistemində son islahatlar aparılır və hakim seçkilərinin keçirilməsi məhkəmə korpusunda çalışan hakimlərin sayının artırılmasına xidmət edir.

Sonda qeyd olunub ki, Azərbaycanda hüquq sahəsi ilə bağlı Konstitusiya Məhkəməsinin nöqteyi nəzərinin öyrənilməsi, bu sahədə Azərbaycanla USAİD arasında əməkdaşlığın inkişafı üçün mümkün istiqamətləri aşkar etmək baxımından hüquq mütəxəssislərinin bu cür görüşləri böyük əhəmiyyətə malikdir.

Xəbər lenti

Xəbər lenti