...

Azərbaycanın Səhiyyə nazirliyi 12 aptekin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 23 Fevral 2006 11:27 (UTC +04:00)

Azərbaycan Respublikası Səhiyyə nazirliyinin İnnovasiyalar və Təchizat mərkəzi 12 aptek müəssisəsinin fəaliyyətini dayandırıb. Bu barədə Trend nazirliyin press-relizinə istinadən məlumat verib.

Məlumatda deyilir ki, indiyə kim mərkəz Bakı şəhərində fəaliyyət göstərən 234 aptekdə reydlər keçirib. Bu reydlər nəticəsində yuxarıda qeyd olunan apteklərin qanunsuz fəaliyyət göstərməsi faktı aşkar olunub.

Mərkəzin əməkdaşları respublikanın dərman prepartalarının topdan satışı ilə məşğul olan digər apteklərində də analoji tədbirlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti