...

BMT-nin din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

Cəmiyyət Materials 24 Fevral 2006 14:32 (UTC +04:00)

BMT-nin İnsan Hüquqları üzrə Komissiyasının din və əqidə azadlığı üzrə xüsusi məruzəçisi xanım Əsma Cahangir 26 fevral-5 mart tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Trend ə BMT-nin Bakı ofisindən məlumat verilib.

Səfərdə məqsəd Azərbaycanda din və əqidə azadlığı ilə bağlı vəziyyətin qiymətləndirilməsi və BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş dini ayrı-seçkiliyin aradan qaldırılması haqqında Bəyannamənin bəndlərinin həyata keçirilməsinin təhlilindən ibarətdir. Məruzəçi bununla bağlı öz tövsiyələrini verəcək.

Əsma Cahangirin hökumət, QHT, dini icmalar və təşkilatların nümayəndələri ilə görüşləri planlaşdırılır. O, jurnalistlər üçün səfərinin yekunlarına dair mətbut konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti