Tələbə qəbulu üzrə Dövlət komissiyası (TQDK) 2006-2007-ci tədris ilində qəbul imtahanlarının proqramını dərc edib. Həmçinin orta texniki və hərbi məktəblərə qəbul üzrə proqramlar dərc edilib. TQDK-də Trend ə bildirilib ki, bu məlumatlar Dövlət komissiyası tərəfindən nəşr olunan "Abituriyent" jurnalında dərc edilib.
Bu jurnalda həm də ötən ilin yekunlarına əsasən ixtisaslar üzrə keçid balları dərc olunub. Fənlər üzrə proqramlar TQDK-nin elmi-metodiki seminarları tərəfindən bəyənilib. Bu proqramların hazırlanması zamanı fənlərlə bağlı mübahisəli faktlar proqrama daxil edilməyib.