...

İradə Aşumova Avropa çempionatında iştirak etməyə hazırlaşır

Cəmiyyət Materials 4 Mart 2006 13:42 (UTC +04:00)

Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova martın 4-də Moskvada keçirilən Avropa çempionatında pnevmatik tüfəngdən atəş açmaqla yarışa başlayacaq.

Trend ə verilən məlumata görə, adlı-sanlı idmançı Rusiya paytaxtında yarışın son günü çıxış edəcək və yüksək mükafatı əldə etməyə çalışacaq. Yarışın lisenziya statusunua malik olmamasına baxmayaraq, Moskvadakı uğurlu çıxışlar İ.Aşumovanın Pekindəki seçmə yarışlarına hazırlaşmasına kömək edə bilər.

Çempionatın reqlamentinə görə, 10 metrlik məsafədən atışma gedişində yarış iştirakçıların 40 dfə atəş açmaq imkanı veriləcək və bundan sonra qitə birinciliyinin finalçısı müəyyən olunacaq.

Xatırladaq ki, öir neçə gün əvvəl gənclər arasında qitə birinciliyinin gümüş mükafatı uğrunda mübarizədə Nigar Bağırova qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti