...

Azərbaycanda yuvenal ədliyyə üzrə hesabat hazırlanır

Cəmiyyət Materials 22 Mart 2006 17:48 (UTC +04:00)

Uşaq hüquqları beynəlxalq mərkəzi Azərbaycanda yuvenal ədliyyə üzrə (həddi-buluğa çatmamış uşaqlara münasibətdə ədalət məhkəməsi) hesabat hazırlayır. Bu barədə Trend ə Azərbaycan Ombudsmanın Aparatından məlumat verilib.

Hesabatın hazırlanmasında məqsəd Azərbaycanda uşaqların uşaq evlərində, ailələrdə tərbiyə olunmaq üçün verilməsi məqsədilə sosial xidmətlərin səmərəliliyinin artırılmasıdır.

Mərkəz bu problemin milli qanunvericilikdə əks olunmasını, bu sahədə maarifləndirmə işlərinin aparılmasını vacib hesab edir. Həmçinin, bu məsələ üzrə Azərbaycanda YUNİSEF-in nümayəndəliyi ilə birgə işlərin aparılmasını, eləcə də xüsusi ehtiyacı olanlara, ağır xəstəliklərdən əziyyət çəkən əlil uşaqlara, eləcə də valideyn himayəsindən məhrum olan, valideynlərinin birini itirmiş uşaqlara münasibətdə birgə işlərin həyata keçirilməsini zəruri hesab edir.

Xəbər lenti

Xəbər lenti