...

Azərbaycanın Ekologiya Nazirliyi: Dünya ictimaiyyəti ermənilərin işğalı altında olan ərazilərimizn ekoloji terroruna biganə qalır

Cəmiyyət Materials 30 Mart 2006 11:22 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət hələ də Azərbaycanın ermənilərin işğalı altında olan regionlarının ekoloji terroruna biganə olaraq qalır. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Hazırda Ermənistan tərəfindən işğal olunan Laçın və Qubadlı rayonlarının ərazilərində qırmızı palıd ağacları kəsilərək xarici ölkələrə konyak istehsalında, qoz acağları isə mebel hazırlanmasında istifadə etmək məqsədilə satılır. Bununla yanaşı, bu regionlarda vəhşi heyvanlar ovlanılır.

"Bu ərazilərin Azərbaycan hökumətinin və beynəlxalq təşkilatların nəzarətindən kənarda olduğuna görə, burada ekoloji konvensiyaların bəndləri çox kobud şəkildə pozulur və beynəlxalq ictimaiyyət indiyə kimi hələ məsələnin əsl mahiyyətini qiymətləndirməyib", - deyə nazirlikdən bildirilib.

1993-cü ildə Ermənistan tərəfindən işğal olunan Qubadlı ərazisində yerləşən Qubadlı Dövlət Təbiət Qoruğu ən iri dövlət qorouqlarından biridir. Qoruğun ümumi sahəsi Qubadlı rayonunun Basarat, Deştahat, Muradxanlı, Amudurx kəndlərini, Laçın rayonunun Yuxarı Fərəcan, Aşağı Fərəcan, Suarası Qışlaq, Xanlar kəndlərini və Dağlıq Qarabağ regionunun Xocabird, Arpa Qədik və Taq kəndlərini əhatə edərək 22 min ha təşkil edir. Qoruq dəniz səviyyəsindən 1500-1600 m yüksəklikdə yerləşən Böyük Kirs, Bala Kirs və Maral dağlarının ərazisində yerləşir.

Xəbər lenti

Xəbər lenti