Dzyudo üzrə üçqat Avropa çempionu Elçin İsmayılov ən azı qarşıdakı mövsümün birinci yarısının yarışlarını buraxacaq.
Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, istedadlı atlet gələn ilin lisenziyalı turnirləri ərəfəsində baş məşqçidən kiçik taym-aut almaq üçün müraiət edib. "Biz onun potensialına gözəl bələd olduğumuza görə Elçinə icazə verməyi qərara aldıq. Hazırda o, məşqləri davam etdirir və hələlik fərdi proqram üzrə hazırlaşır", - deyə mütəxəssis qeyd edib.
Qeyd etmək lazımdır ki, ötən ay 66 kq çəki dərəcəsində çıxış edən E.İsmayılov Norveçdə təlimlər keçib. Dzyudoçular komandası isə bu bazarMinskdə start götürəcək iri beynəlxalq turnirdə çıxış etməyə hazırlaşır.