...

Prezident Aparatı yanında yaradılmış Siyasi məhbus məsələləri üzrə işçi qrupun növbəti toplantısı keçirilib

Cəmiyyət Materials 5 Aprel 2006 16:51 (UTC +04:00)

Aprelin 4-də Prezident Aparatı yanında yaradılmış Siyasi məhbus məsələləri üzrə işçi qrupun növbəti toplantısı keçirilib. Bu barədə Trend ə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.

İclasda hüquq müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının bu sahədəki fəaliyyəti və onların təqdim etdikləri siyahılar müzakirə olunub. S.Qocamanlının sözlərinə görə, işçi qrupunun müzakirəsinə hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdikləri 50 nəfərlik siyahı təqdim olunub. "Əvvəlki siyahıda 36 nəfər siyasi məhbus var idi. Lakin ötən müddət ərzində siyahıya daha 14 nəfər də daxil edilib" - deyə S.Qocamanlı bildirib.

Siyahıya əlavə olunanlar 5 il müddətinə azadlıqdan məhrum edilmiş "Yeni Müsavat"çı Pirəli Orucov, "Yeni Fikir" Gənclər Hərəkatının üzvləri Ruslan Bəşirli, Ramin Tağıyev və digərləridir. Siyahı üzrə hər bir məhbusun sənədləri araşdırılıb və onların həbsdən buraxılmalarına dair geniş müzakirələr aparılıb.

S.Qocamanlı onu da bildirib ki, iclasda həmçinin işçi qrupunun təkcə siyasi məhbusların problemi ilə bağlı yox, ümumiyyətlə, insan hüquqlarının pozulması ilə əlaqədar da fəaliyyət göstərməsi müzakirə olunub. Təklif olunub ki, siyasi məhbus məsələsinə də insan hüquqlarının pozulması çərçivəsində baxılsın.

Xəbər lenti

Xəbər lenti