...

Məhkəmə "Barmek"in vitse-prezidentinin həbsdə saxlanılması ilə bağlı qərarı dəyişməyib

Cəmiyyət Materials 6 Aprel 2006 18:41 (UTC +04:00)

Aprelin 9-da Bakı Şəhəri Səbail rayon Məhkəməsində "Barmek-Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin vitse-prezidenti Ömər Günelin müraciətinə baxılıb və onun həbsdə saxlanılması ilə bağlı qərar qüvvəsində saxlanılıb. Bu barədə Trend iş üzrə məhkəmə iclasına sədrlik etmiş hakim Alim Namazov məlumat verib.

A.Namazov bildirib ki, Ömər Günel məhkəməyə barəsindəki həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı müraciət edib. Lakin məhkəmə onun gələcəkdə istintaq orqanlarından gizlənəcəyini ehtimal edərək həbsdə qalması barədə qərarı dəyişmədən saxlayıb.

Qeyd edək ki, Ömər Günel Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur. O, dövlət əmlakını mənimsəməkdə və israf etməkdə təqsirli bilinir.

Faktla bağlı cinayət işinin istintaqı Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Mart ayının üçüncü ongünlüyündə məhkəmə orqanı tərəfindən onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti