...

Türkiyə yığması Bakıya gəlir

Cəmiyyət Materials 10 Aprel 2006 11:16 (UTC +04:00)

Azərbaycan komandasına qarşı yoldaşlıq matçı keçirmək üçün aprelin 10-da Bakıya gələn Türkiyə yığması az vaxt ərzində Azərbaycanda yubanacaqlar.

AFFA-dan Trend ə verilən məlumata görə, qonaqların nümayəndə heyəti yerli vaxtla saat 16:30-da paytaxtda gələrək "Hyatt Park" mehmanxanasında yerləşəcəklər. Elə həmin gün kollektivin yüngül məşq keçirəcəyi, aprelin 11-də, yəni görüş ərəfəsində T.Bəhramov adına Respublika stadionuna baxış keçirəcəkləri gözlənilir. Oyun başa çatandan dərhal sonra 2002-ci il dünya çempionatının bürünc mükafatçıları çarter reysi ilə vətənə qayıdacaqlar.

Eləcə də Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri Haluk Ulusoyun azərbaycanlı həmkarı Ramiz Mirzəyevlə görüşü gözlənilir. Həmin görüşdə tərəflər gələcək əməkdaşlığını genişləndirilməsi strategiyasını müzakirə edəcəklər. Bununla əlaqədar, TFF və AFFA iki dövlət arasında futbol əlaqələrini daha da möhkəmləndirəcək müvafiq protokol imzalayacaqlar.

Xəbər lenti

Xəbər lenti