...

Azərbaycan və Türkiyə mediasına həsr olunmuş seminarın gündəliyinə 4 bölmə daxil edilib

Cəmiyyət Materials 10 Aprel 2006 11:36 (UTC +04:00)

Aprelin 11-də Bakıda keçiriləcək "Azərbaycan və Türkiyə mediası: bənzərliklər və fərqliliklər" mövzusunda keçiriləcək seminarın gündəliyi əsasən 4 bölməyə ayrılıb. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, toplantı aprelin 11-də saat 10.00-da "Park-İnn" otelində saat 10.00-da işinə başlayacaq, axşam saatlarında başa çatacaq. Seminarda giriş sözü ilə Azərbaycan Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Türkiyə Səfirliyinin diplomatı Erkan Özoral çıxış edəcəklər.

Müzakirələrdə isə Türkiyə Qəzetçilər Cəmiyyətinin başkanı Orxan Erinç, Mərmərə Universitetinin iletişim fakültəsinin dekanı professor Nurçay Türkoğlu, "Tərcüman" qəzetinin baş yayım rəhbəri Aydın Candabakoğlu, "Milliyyət" qəzetinin yazarı Nail Gürəli, Azərbaycandan isə Bakı Dövlət Universitetinin jurnalistika fakütləsinin kafedra müdiri Cahangir Məmmədli, həmin fakültənin müəllimi Zeynal Məmmədli, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "Həftə" qəzetinin baş redaktoru Etibar Bağırov çıxış edəcəklər.

Seminarda müzakirələr 4 başlıqda ayrı-ayrı bölmələr üzrə aparılacaq- media quruluşları-media təşkilatları; media hüququ və etik qaydalar; xəbərçilik; iqtisadi məsələlər-problemlər.

Qeyd edək ki, bu beynəlxalq seminar Türkiyənin Azərbaycandakı səfirliyinin, Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti