Respublika Gigiyena və Epidemiologiya Mərkəzi mütəxəssislərinin 2 tibb müəssisəsində - 1 və 10 saylı uşaq poliklinikalarında apardığı yoxlamalar nəticəsində antisanitariya faktları və bu poliklinikaların fəaliyyətinin gigiyenik normalara uyğun gəlmədiyini aşkar edib.
Azərbaycanın Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend ə verdiyi məlumata görə, bu səbəblər üzündən 1 saylı uşaq poliklinikası təmirə bağlanılıb. Təmir üçün vəsait hökumət tərəfindən ayrılıb.
Onun sözlərinə görə, bu poliklinikaların işçiləri müvəqqəti olaraq təmir başa çatana kimi ölkənin digər səhiyyə strukturlarında yerləşdiriləcək, uşaqlar isə öz müalicələrini 12 və 5 saylı poliklinikalarda davam etdirəcəklər. "Layihə üzrə işlər artıq başlanıb",- deyə o qeyd edib.
Bundan əlavə, 10 saylı poliklinikanın rəhbərinə tibb müəssisəsində bərpa-təmir işlərinin aparılması barədə müvafiq sərəncam verilib.