...

Azərbaycanın aparıcı idmançıları Beynəlxalq Olimpiya Komitəsindən təqaüd alacaqlar

Cəmiyyət Materials 15 Aprel 2006 14:06 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi yanında "Olympic Solidarity" Departamenti BOK-dən təqaüd alacaq azərbaycanlı idmançıların siyahısını tərtib edib.

Ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi məlumata görə, təqdim olunan siyahıya son illər beynəlxalq arenada özünü uğurla tanıdan 20 atlet daxil edilib. "Subsidiyaların təqdim olunması sistemi əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər MOK bizim fərqlənən idmançılar arasında payladığımız müəyyən məbləğ ayırırdısa, indi prosesə rəhbərliyi BOK öz üzərinə götürüb. Və sevindirici haldır ki, "Olympic Solidarity" onlara təqdim etdiyimiz siyahını tam təsdiqləyib və bu da bizim atletlərmizin aparıcı rol oynadıqlarını bir daha sübut edir", - deyə Ç.Hüseynzadə bildirib.

Xəbər lenti

Xəbər lenti