Aprelin 18-də Şimali Kiprdə "Belapaisdə yaz" 7-ci beynəlxalq festivalı başlayır. Bu festivalda yerli ifaçılarla yanaşı, Azərbaycan, Türkiyə, Rusiya, Fransa və Gürcüstandan da nümayəndələr iştirak edəcək. Trend in Şimali Kipr KİV-nə istinadən xəbər verdiyi kimi, 7 konsertin keçiriləcəyi festival mayın 8-dək davam edəcək.
Xüsusilə, cümə günü aprelin 21-də Belapais monastırında əslən Azərbaycandan olan rusiyalı pianoçu Rauf Qasımov çıxış edəcək.
Festival bütün dünyada tanınmış azərbaycanlı skripkaçı professor Sərvər Qəniyevin konserti ilə başa çatacaq. Konsertdə Brams, Qreq, Kreysler və Qara Qarayevin əsərləri ifa olunacaq.