...

Hakimliyə namizədlər üçün çap olunmuş hüquqi ədəbiyyatların təqdimatı keçirilib

Cəmiyyət Materials 19 Aprel 2006 13:49 (UTC +04:00)

Aprelin 19-da Azərbaycanda məhkəmə hakimliyinə namizədlər üçün çap olunmuş hüquqi ədəbiyyatların təqdimatı keçirilib. Trend in xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hüquqi ədəbiyyat kitabları Avropa Şurası Bakı Ofisinin dəstəyi ilə çap olunub. Kitablara Avropa İnsan Haqları Məhkəməsinin seçilmiş qərarları və Avropa Şurasının tövsiyələri daxildir.

Tədbirdə çıxış edən Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev yüksək poliqrafik səviyyədə çap olunmuş kitabları hakimliyə namizədlər üçün dəyərli töhfə kimi qiymətləndirib. Həmçinin bu kitabların beynəlxalq hüquq normalarının, xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun tətbiqində gələcək hakimlərə mühüm yardımçı olacağını vurğulayıb.

Tədbirdə çıxış edən Avropa Şurasının Bakıdakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli və Avrasiya Hüquqşünaslar Asossasiyasının sədri Nadir Adilov da bu nəşrlərin hakimliyə namizədlər üçün əhəmiyyətli olduğunu vurğulayıblar.

Qeyd olunub ki, məhkəmə-hüquq islahatları Azərbaycanda uğurla həyata keçirilir, o cümlədən hakimliyə namizədlərin seçimidə də şəffaf qaydalara tam şəkildə riayət olunur.

Xəbər lenti

Xəbər lenti