...

AXCP sədrinin həbs olunan mühafizəçisinin apellyasiya şikayətinə aprelin 21-də baxılacaq

Cəmiyyət Materials 19 Aprel 2006 17:40 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi olmuş Elmar Rüstəmovun apellyasiya şikayətinə aprelin 21-də baxılacaq. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Qeyd edək ki, Elmar Rüstəmov ötən il dekabrın 27-də Nəsimi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə ittiham edilərək cinayət məsuliyyətinə cəlb olunub. O, "Azadlıq" blokunun 25 sentyabr 2005-ci ildə keçirdiyi mitinq zamanı polis əməkdaşına ağır bədən xəsarəti yetirməkdə ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib. Nəsimi rayon məhkəməsinin bu qərarını əsassız hesab edən müdafiə tərəfi apellyasiya şikayəti vermişdi.

E.Rüstəmovun vəkili Osman Kazımov bildirib ki, şikayət icraata götürülüb və aprelin 21-də Apellyasiya Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti